Qəzada ölən şəxs 2 il əvvəl polis orqanlarından xaric edilib - RƏSMİ

  05 Fevral 2020    Oxunub : 2004
 Qəzada ölən şəxs 2 il əvvəl polis orqanlarından xaric edilib - RƏSMİ
Daxili İşlər Nazirliyi (DİN) Bakıda polis əməkdaşının yol qəzasında ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirlikdən Azvision.az -a bildirilib ki, fevralın 4-də saat 2 radələrində Səbail rayonu Neftçilər prospektində idarə etdiyi motosikletin ağaca çırpılması nəticəsində ölən sabiq polis əməkdaşı Vüsal İsmayılov 2018-ci ildə mənfi motivlərlə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Qeyd olunub ki, məlum hadisə fevralın 4-də saat 2 radələrində Səbail rayonunun Neftçilər prospektində baş verib. Gəncə şəhər sakini Vüsal İsmayılov idarə etdiyi “Suzuki” markalı motosikleti yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.

Azvision.az

Teqlər: DİN   Qəza   Polis