Məktəbli geyimləri barədə təkliflər təhlil edilir

Məktəbli geyimləri barədə təkliflər təhlil edilir
  06 Fevral 2020    Oxunub:3502
Məktəbli formalarının eskizlərinin təsdiqi ilə bağlı təqdim etdiyimiz formalar ictimaiyyət tərəfindən çox geniş müzakirəyə səbəb olub.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, eksiz formalar 1 milyon 600 min şagirdin və onların valideynlərinin maraq dairəsini əhatə edir: "Hazırda bizə qəbul olan təklifləri təhlil edirik. İctimaiyyətdən gələn maraqlı, səmərəli təkliflər eskizlərin təsdiq olunması üçün bizim tərəfdən ümumi eskiz nümunələrinə əlavə olunacaq".

Aytən Zəhra
Azvision.az



Teqlər: Məktəbliformaları  





Xəbər lenti