Bakıda ər maşınla arvadının üzərindən keçdi

  06 Fevral 2020    Oxunub : 2385
 Bakıda ər maşınla arvadının üzərindən keçdi
Bakıda bədbəxt hadisə baş verib.
Azvision.az “Report”-a istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Belə ki, ər yaşadığı binanın həyətində idarə etdiyi avtomobillə həyat yoldaşı, 1999-cu il təvəllüdlü Tapdıqbəyli Aysel Namiq qızının üzərindən keçib.

Qadın təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldırın əzilmiş-cırılmış yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Qadın   Maşın