Ötən gün itkin düşən 3 nəfər tapılıb

Ötən gün itkin düşən 3 nəfər tapılıb
  08 Fevral 2020    Oxunub:1994
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də 19 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, olardan 2-si əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub. Ötən gün Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə 9 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: Polis  





Xəbər lenti