MSK sədrinin müavini: “Məlumatlar ciddi şəkildə araşdırılacaq”
MSK rəsmisi bildirib ki, məlumatların bir neçə mənbədən yayılması müşahidə edilir: "Hər zaman Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlər dəqiqliklə araşdırılır, lazımı hüquqi addımlar atılır. O cümlədən sosial şəbəkələrdə yayılan məlumatlar da ciddi şəkildə araşdırılacaq".
R.Qasımov vurğulayıb ki, bir çox hallarda sosial şəbəkələrdə yayılan məlumatlar namizədlərin bir-birilə mübarizəsinin nəticəsi kimi ortaya çıxır.
Elvin Abdulqədirov
Azvision.az