Gürcüstanın Baş naziri İlham Əliyevə zəng etdi

Gürcüstanın Baş naziri İlham Əliyevə zəng etdi
  10 Fevral 2020    Oxunub:2632
Gürcüstanın Baş naziri Giorgi Qaxaria fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Azvision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.

Giorgi Qaxaria Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edərək, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Gürcüstan  





Xəbər lenti