Meriya mitinqin keçirilməsinə razılıq verdi
"Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbərliyi müraciətçilərin istək və arzularını nəzərə alaraq bu məsələyə yenidən baxıb. Nəzərinizə çatdırırıq ki, müəyyən etdiyiniz ərazi əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışı olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinin, metropolitenin iş ahənginin təmin edilməsində problemlər yaradacaq. Alternativ yer olaraq mitinqin 16 fevral 2020-ci il tarixdə saat 15:00-dan 17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 may küçəsi “Neftçi" İdman Klubu İctimayi Birliyinin Qaradağ təlim-idman bazasında keçirilməsini təklif edirik", - məlumatda qeyd olunub.
Azvision.az