İlham Əliyev serbiyalı həmkarını təbrik edib

   İlham Əliyev serbiyalı həmkarını təbrik edib
  14 Fevral 2020    Oxunub:1754
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının milli bayramı münasibətilə Prezident Aleksandar Vuçiçə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Serbiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcəyinə və genişlənəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev Prezident Aleksandar Vuçiçə möhkəm cansağlığı, işlərində uğurlar, Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Azvision.az


Teqlər: Prezident   İlhamƏliyev  





Xəbər lenti