MSK-da mübahisə düşdü, namizəd zaldan çıxarıldı
Azvision.az xəbər verir ki, 32 saylı Suraxanı üçüncü seçki dairəsindən daxil olan müraciətin müzakirəsi zamanı deputatlığa namizədliyi qeydə alınmış şikayətçi Fikrət Cəfərli ona söz verilmədən müzakirəyə müdaxilə edib.
MSK sədri Məzahir Pənahov da şikayətçilərə xəbərdarlıq edərək, onlara söz verilmədən müzakirəyə qoşulmamasını tələb edib.
Daha sonra şikayətçi ilə mübahisə yaranıb, MSK sədri Fikrət Cəfərlinin iclas zalından çıxarılmasına göstəriş verib
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: MSK