Xətai rayonunda su olmayacaq

Xətai rayonunda su olmayacaq
  19 Fevral 2020    Oxunub:2162
Bakı şəhəri Xətai rayonu ərazisində magistral su xəttində qəza baş verib.
"Azərsu" ASC-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 19 fevral 2020-ci il tarixində gecə saatlarınadək Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Azvision.az


Teqlər: Azərsu  





Xəbər lenti