Baş prokuror Şirvanda vətəndaşları qəbul edəcək

  20 Fevral 2020    Oxunub : 1147
Baş prokuror Şirvanda vətəndaşları qəbul edəcək
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov fevralın 28-də saat 10:00-da Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər və Sabirabad rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluqdan Azvision.az -a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şirvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Azvision.az

Teqlər: Baş-Prokuror