Xalq artistinin tüfeyli həyat yaşayan oğlu - “Qadınlara sataşır, özünü apara bilmir”

Xalq artistinin tüfeyli həyat yaşayan oğlu -  “Qadınlara sataşır, özünü apara bilmir”
  22 Fevral 2020    Oxunub:197671
Azərbaycanın mərhum sənətkarı, Xalq artisti Səyavuş Aslanın böyük oğlu Çingiz Aslan xeyli vaxtdır Bakının Zabrat qəsəbəsində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaqda qalır.

Azvision.az qaraciyər serrozundan əziyyət çəkən Çingiz Aslanın vəziyyəti ilə maraqlanmaq üçün sığınacağın direktoru Anar İbrahimovla əlaqə saxlayıb. O, bildirib ki, aktyorun oğlu hazırda müalicə alır, vəziyyəti normaldır.
- Çingiz hepatit C xəstliyi ilə əlaqədar müalicə alır. Özünün dediyinə görə, vəziyyəti normaldır. Çox vaxt səhər çıxır, axşam gəlir.

- Sizin sığınacaqda nə qədər qalacaq?

- Burada qalma müddəti 6 aydır. Amma biz onun vaxtını daha 6 ay artırmışıq. Artıq 2 ay gedib, 4 ayı qalıb.

- İşləyirmi? Ümumiyyətlə, nə işlə məşğul olur?

-Yox işləmir. Tüfeyli həyat tərzi keçirir. Belə adamların işləməyi çətindir. Səhhəti də buna yol vermir.

- Sığınacaqda digər sakinlərlə münasibətləri necədir?

- Bir nəfərlə dostluq edirdi. Həmin şəxs özünü nizam-intizam qaydalarına uyğun aparmadığına görə sığınacaqdan xaric edildi.

- Bildiyimə görə, Çingizin əvəllər pis vərdişləri olub. Daha dəqiq desək, narkotik istifadəçisi olub. Hazırda bu vərdişdən uzaqdırmı?

- Şübhələrim var. Düzdür, görməmişəm. Amma halında hiss olunur. Çox vaxt normal görünür. Arada özünü yaxşı aparmır. Gah halı pisləşir. Öz-özünə gülür. Qadınlara sataşmaq kimi yaxşı olmayan vərdişləri də var.

- Yaxınları onunla maraqlanırmı? Qardaşı Eldar gəlib Çingizə baş çəkir?

- Xeyr. Ona heç kim baş çəkmir. Maraqlanan da yoxdur. Bəlkə telefonla danışırlar, amma indiyədək gələn olmayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Xalq-artisti   Səyavuş-Aslan  





Xəbər lenti