Tibbi maskaların bahalaşmasının səbəbi açıqlandı

  24 Fevral 2020    Oxunub : 2110
Tibbi maskaların bahalaşmasının səbəbi açıqlandı
Son günlər Azərbaycanda tibbi maskaların qiymətinin bahalaşması ilə bağlı məlumatlara rəsmi şəkildə aydınlıq gətirilib.
İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək.

“Son zamanlar dünyada tibbi maskalara tələbat artıb. Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib”, - deyə nazirlik bəyan edib.

Qeyd edək ki, qonşu İranda koronavirusun aşkarlanması ilə əlaqədar Azərbaycanda tibbi maskalara təlabat artıb. Bəzi apteklərdə əvvəl bir ədədi 10 qəpiyə satılan maskalar hazırda müştərilərə 30-40 qəpiyə təklif edilir. Bir çox yerlərdə isə maskaların bitdiyi, anbarlarda qalmadığı deyilir.

Aytən Zəhra
Azvision.az

Teqlər: Nazirlik   Maska