Qabriel Xaranın diplomatik fəaliyyəti başa çatır

Qabriel Xaranın diplomatik fəaliyyəti başa çatır
  28 Fevral 2020    Oxunub:1507
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili Qabriel Xaran ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Çilinin Azərbaycanda fəaliyyət göstərən ilk diplomatı olmasından fəxr etdiyini bildirən Q.Xara diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar. Bu xüsusda, tərəflər iqtisadi, kənd təsərrüfatı və innovasiyalar sahələrində layihələrin həyata keçirilməsinin mümkünlüyünü müzakirə ediblər.

Nazir Elmar Məmmədyarov çilili diplomatı münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti