İrandan qayıdan iki azərbaycanlıda koronavirus aşkarlandı

  29 Fevral 2020    Oxunub : 8875
İrandan qayıdan iki azərbaycanlıda koronavirus aşkarlandı
İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan Azvision.az-a verilən məlumata görə, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib.
Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb. Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.

Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Azvision.az

Teqlər: Koronavirus