Şah İsmayıl Xətainin yeri dəyişdirilən heykəli - FOTOLAR

  03 Mart 2020    Oxunub : 3564
Şah İsmayıl Xətainin yeri dəyişdirilən heykəli - FOTOLAR
Tarixi şəxsiyyət olan Şah İsmayıl Xətainin Bakıdakı heykəlinin yeri dəyişdirilib. Bundan əvvəl heykəl iki magistral yolun ortasında yerləşirdi. Bu isə insanların ziyarət etmək üçün heykələ yaxınlaşmasını çətinləşdirir, eyni zamanda, yolda tıxacın yaranmasına səbəb olurdu.
Bununla bağlı sakinlər tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər edilib. Bütün bunlar və Şah İsmayıl Xətainin tarixi şəxsiyyət olduğu nəzərə alınaraq dövlət başçısının tapşırığına əsasən, onun heykəli uyğun yerə köçürülüb və burada yeni park salınıb.

Parkda əhalinin istirahəti üçün lazımi şərait yaradılıb, o cümlədən oturacaqlar qoyulub və ətraf abadlaşdırılıb. Bu addım şəhər sakinləri və paytaxtımızın qonaqlarına heykəli rahat ziyarət etməyə şərait yaradır.








Foto: Şahin Sərdarov
Azvision.az

Teqlər: Xətai   Heykəl   Park