Avtobuslar xüsusi dərman məhlulları ilə təmizlənir

Avtobuslar xüsusi dərman məhlulları ilə təmizlənir
  03 Mart 2020    Oxunub:2215
Koronavirus (Covid-19) xəstəliyinə qarşı qabaqlayıcı tədbirlər çərçivəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində və müntəzəm marşrut xətlərində dezinfeksiya işləri davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, sərnişinlərin sağlamlığının daha effektiv qorunması məqsədi ilə profilaktik tədbirlər artırılıb.

Artıq müntəzəm marşrut xətti üzrə avtobuslar son dayanacaq məntəqəsində də xüsusi dərman məhlulları ilə təmizlənir. Bununla bağlı daşıyıcılara tapşırıq verilib.





Azvision.az



Teqlər: BNA  





Xəbər lenti