Bakı Forumu təxirə salındı - RƏSMİ

  11 Mart 2020    Oxunub : 2799
 Bakı Forumu təxirə salındı - RƏSMİ
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu il martın 12-14-dək keçirilməsi planlaşdırılan VIII Qlobal Bakı Forumu təxirə salınıb.
Bu barədə Azvision.az -a Mərkəzdən məlumat verilib. Bildirilib ki, Forum koronavirusla əlaqədar qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, bu ilki Forumun “2020-2030: Yeni onilliyin çağırışı və imkanları” mövzusunda keçirilməsi nəzərdə tutulurdu.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Forum   Koronavirus