Komitə sədri yeni parlamentdən gözləntilərini açıqladı

  12 Mart 2020    Oxunub : 1009
 Komitə sədri yeni parlamentdən gözləntilərini açıqladı
“Yeni Milli Məclis zamanın tələbinə uyğun olaraq Azərbaycanın qarşısında duran vəzifələrin həllinə, o cümlədən islahatlar xəttinə dəyərli töhfələr verəcək”.
Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, növbədənkənar parlament seçkiləri azad, demorkatik şəkildə keçirilən seçkilər kimi tariximizə daxil olub və yeni Milli Məclis formalaşıb.

Prezident İlham Əliyev ilk iclasda iştirak etdi, geniş nitq söylədi. Cənab Prezident Milli Məclis, konkret olaraq deputatların qarşısında duran vəzifələr, cəmiyyətimizdə, dünyada gedən hadisələrlə bağlı fikirlər səsləndirdi. Ölkə başçısı tərəfindən həm Milli Məclis, deputatlar, həm də müxtəlif sahələr üçün Azərbaycanın qarşısında duran vəzifələr konkret şəkildə ifadə edilərək tövsiyyələr verildi. Bu tövsiyyələr parlament və bizim üçün olduqdca əhəmiyyətlidir”.

Aytən Zəhra
Azvision.az

Teqlər: YAP   Mübariz-Qurbanlı