Dəmir yol xəttindən oğurluq edən dəstə ələ keçdi

  12 Mart 2020    Oxunub : 939
Dəmir yol xəttindən oğurluq edən dəstə ələ keçdi
DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin və Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbirləri nəticəsində Bakı-Sumqayıt sürət qatarının marşrut xətti üzərində yerləşən ümumi dəyəri 10.000 manata yaxın olan 150 metr aparıcı trosu və ikiqat kontakt naqilləri oğurlamaqda şübhəli bilinən dəstə üzvləri saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a verilən məlumata görə, araşdırmalarla onların 33 yaşlı İlkin Niftəliyev və əvvəllər məhkum olunmuşlar, 30 yaşlı Mövlan Quliyev və 28 yaşlı Ağasif Babayev olduqları müəyyən edilib.

Dindirilmə zamanı dəstə üzvləri törətdikləri oğurluq hadisəsini etiraf edərək, oğurladıqları naqilləri Sumqayıt şəhəri ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsinə iki min manata satdıqlarını və əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər.

Həmin məntəqənin ünvanı polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək, naqillər maddi sübut kimi oradan götürülüb.

Faktla bağlı Xaçmaz Xətt Polis Şöbəsində cinayət işi açılıb, dəstənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqaməti

Azvision.az

Teqlər: DİN