Azərbaycanda daha 3 nəfər koronavirusdan sağaldı

 Azərbaycanda daha 3 nəfər koronavirusdan sağaldı
  14 Mart 2020    Oxunub:14503
Koronavirus (COVID-19) infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Azvision.az-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.

Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb.

Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Azvision.az


Teqlər: Xəstəxana   Koronavirus  





Xəbər lenti