Əsgərlərin valideynləri ilə görüşü qadağan edildi - RƏSMİ

  14 Mart 2020    Oxunub : 4870
Əsgərlərin valideynləri ilə görüşü qadağan edildi - RƏSMİ
Azərbaycan Ordusunda əsgərlərin valideynləri ilə görüşü qadağan edilib.

Azvision.az xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bununla bağlı tapşırıq verib.
Bu gün keçirilən xidməti müşavirədə mövsümi yoluxucu xəstəliklər və koronavirus infeksiyasına yoluxma ehtimalının qarşısının alınması məqsədilə ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışan Müdafiə naziri hərbi hissələrdə müvafiq tibbi və sanitar-epidemioloji tədbirlərin gücləndirilməsini tələb edib.

Nazir hərbi hissə və müəssisələrdə dezinfeksiya işlərinin gücləndirilmiş rejimdə davam etdirilməsi, hərbi qulluqçuların mütəmadi maarifləndirilməsi, eləcə də şəxsi gigiyena qaydalarına riayət olunmasına diqqətin daha da artırılması, o cümlədən kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması və valideynlərlə görüşlərin müvəqqəti dayandırılması barədə bir daha göstəriş verib.

Azvision.az

Teqlər: Zakir-Həsənov   Əsgər   Valideyn