Koronavirus Milli Məclisdə müzakirəyə çıxarılır

  16 Mart 2020    Oxunub : 1706
 Koronavirus Milli Məclisdə müzakirəyə çıxarılır
Xəbər verdiyimiz kimi, sabah Milli Məclisin plenar iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasda koronavirusla bağlı tədbirlərin görülməsi barədə məsələ də müzakirə olunacaq.

Bundan başqa, iclasda “Təhsil haqqında”, Elm haqqında”, “Peşə təhsili haqqında”, "Sərhəd mühafizə orqanları haqqında", “Lisenziyalar və icazələr haqqında” və digər qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis