9 günlük Novruz tətili başladı

  20 Mart 2020    Oxunub : 1951
 9 günlük Novruz tətili başladı
Bu gündən Azərbaycanda Novruz tətili başlayıb.

Azvision.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2020-ci il martın 20-dən 24-dək Novruz tətilidir. Bu il 21-22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq 25 və 26 mart qeyri-iş günüdür.
Baş Nazir Əli Əsədovun iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə imzaladığı əmrə əsasən, 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.

Beləliklə, 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirildiyi və 28 mart şənbə gününə təsadüf etdiyindən Novruz bayramında 9 gün iş olmayacaq.

Azvision.az

Teqlər: Bayram   Tətil