Azərbaycanın 1021 min hektar ərazisi meşədir

Azərbaycanın 1021 min hektar ərazisi meşədir
  21 Mart 2020    Oxunub:2923
Azərbaycanın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da respublika ərazisinin 11,8 faizini əhatə edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür.

Qeyd olunub ki, XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Hazırda meşə ilə örtülü sahələr ölkə ərazisinin 11,8 faizini təşkil edir.

Azərbaycan meşələri dünya meşələrinin birinci qrupuna aiddir. Ölkəmizdə meşə siyasəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumu - Meşələrin İnkişafı Departamenti vasitəsilə həyata keçirilir.

Azvision.az



Teqlər: ETSN   Hava  





Xəbər lenti