Xəbərdarlıq: Hava şəraiti pisləşəcək

  Xəbərdarlıq:  Hava şəraiti pisləşəcək
  27 Mart 2020    Oxunub:4089
Ekologiya və Təbii Sərvətlər Nazirliyi rayonlarda havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra, martın 29-u cənub rayonlarında, 30-dan 31-dək isə əksər rayonlarda hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimalı var.

Azvision.az



Teqlər: ETSN   Hava   Yağış   Qar  





Xəbər lenti