Azərbaycanda koronavirusa yoluxanlar: “Evdə qalın, özünüzü qoruyun” - (VİDEO)

 Azərbaycanda koronavirusa yoluxanlar:    “Evdə qalın, özünüzü qoruyun” - (VİDEO)
  27 Mart 2020    Oxunub:7859
Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları Bakıdakı xəstəxanalardan birində, koronavirusa yoluxmuş şəxslərin saxlanıldığı xüsusi təhlükəli infeksiya şöbəsindən reportaj hazırlayıblar.
Azvision.az xəbər verir ki, xanım jurnalist şöbədəki xəstələrlə görüşüb, onlarla həmsöhbət olub.

Xatırladaq ki, 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə hökumət tərəfindən atılmış bir çox addımlara baxmayaraq, bəzi şəxslər hələ də karantinin tələblərinə riayət etmir. Hətta bəziləri “koronavirus yoxdur” deyərək evdə qalmır, hələ də məcburiyyət olmadığı halda çölə çıxırlar.

Bəşəriyyətin hansı təhlükə ilə üz-üzə olduğunu koronaviruslu xəstələrin öz dilindən təqdim edirik:



Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti