Tənha yaşlılara DOST dəstəyi

Tənha yaşlılara DOST dəstəyi
  28 Mart 2020    Oxunub:1644
“Könüllü DOST”lar indiki şəraitdə tənha yaşlılarımıza əsl dost dəstəyi göstərməkdədirlər. Yaşı 65-dən yuxarı olan tənha vətəndaşların evlərində sosial məişət xidmətləri ilə təmin edilməsi işlərində onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri ilə birgə fəaliyyətdədirlər.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, DOST Agentliyinin könüllüləri tənha yaşayan yaşlı insanlarımıza ev işlərində fəallıqla, həvəslə dəstək olurlar. Onlar tənha yaşlılara lazım olan ərzaq məhsullarının və dərman vasitələrinin alınmasında, müxtəlif kommunal ödənişlərin edilməsində və s. kömək göstərirlər.

Azvision.az


Teqlər: DOST   ƏƏSMN  





Xəbər lenti