Azərbaycanın bütün bölgələrində koronavirus aşkarlanıb

  02 Aprel 2020    Oxunub : 9560
 Azərbaycanın bütün bölgələrində koronavirus aşkarlanıb
Biz sağlam daşıyıcıları aşkarlamaq üçün ilk mərhələdə sərhədləri keçənləri iki dəfə test edirdik. Lakin xəstələrin sayı artdıqca artıq diqqət onlara yönəldildi.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hazırda karantin rejimi 14 gün müəyyən edilib: "ÜST hesab edir ki, koronavirus 14 günə yoluxa bilər. Üç gün ərzində qızdırma, digər əlamətlər yoxdursa, iki dəfə test yoxlanışı neqativ çıxsa, onları sağlam insan kimi evə buraxırıq”.

Y.Qarayeva qeyd edib ki, Azərbaycanın bütün bölgələrində koronavirusa yoluxma halları var. Hansı bölgədə yayılma faizinin çox olması isə açıqlanmayıb: "Biz əsasən yoluxmanı bütün bölgələrdə aşkarlamışıq. Azərbaycanın hər bölgəsində bu fakt təsdiqlənib. Digər tərəfdən, bir xəstənin keçdiyi yerlərdə onlarla insanın yoluxduğunu aşkarlamışıq. Bu da insanları sürətli yoluxdurur. Ona görə bir daha tələb edirik ki, evdə qalın, küçələrə çıxıb, yoluxmayın və digər insanları da yoluxdurmayın".

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Yoluxma   bölgə