DYP: Bakıda 500-dən çox avtomobil saxlanılıb

  05 Aprel 2020    Oxunub : 3119
 DYP: Bakıda 500-dən çox avtomobil saxlanılıb
Bakıda bu gün karantin rejiminin yoxlanması ilə bağlı 500-dən çox avtomobil saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, Bakıda hazırda 40-dan çox yoxlanma-buraxılma məntəqələri yaradılıb:

"Sevindirici haldır ki, 500 avtomobildən yalnız 21-də xüsusi karantin rejiminin pozulması halı aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi protokol yazılıb".

Azvision.az

Teqlər: DYP   Avtomobil