Azərbaycanda gündə 100 mindən çox maska satılır

  08 Aprel 2020    Oxunub : 2106
 Azərbaycanda gündə 100 mindən çox maska satılır
Ölkədə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb. Bu gün apteklərə 450 minə yaxın tibbi maska verilib.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, gün ərzində 100 mindən artıq tibbi maska satılır.

“Koronavirusla Mübarizə Fonduna bu günə olan məlumata əsasən, 110 milyondan artıq vəsait toplanıb. Koronavirusla mübarizədə lazım olan, istifadə olunan tibbi vasitələr ölkəyə gətirilib, ölkədə tibbi maska istehsalına başlanılıb”.

Aytən Zəhra
Azvision.az

Teqlər: İbrahim-Məmmədov   Nazirlər-Kabineti