Gömrükdən gizlədilən qəlyan tütünü aşkarlandı - FOTO

Gömrükdən gizlədilən qəlyan tütünü aşkarlandı -    FOTO
  17 Aprel 2020    Oxunub:3975
Azərbaycandan Rusiyaya ixrac olunan pomidor, limon və nar yüklü vaqona Şimal Ərazi Baş Gömrük İdarəsinin "Yalama" gömrük postunda baxış keçirilib.
Bu barədə Azvision.az -a Dövlət Gömrük Komitəsindən bildirilib.

Bildirilib ki, yoxlama zamanı 24 ədəd nar yüklü qutunun altından gömrük nəzarətindən gizlədilən şüşə və dəmir qablarda müxtəlif markalı, ümumilikdə 1 798 ədəd qəlyan üçün tütün aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



Azvision.az


Teqlər:





Xəbər lenti