Azərbaycanda təhsil alan əcnəbilərlə bağlı yenilik

Azərbaycanda təhsil alan əcnəbilərlə bağlı yenilik
  17 Aprel 2020    Oxunub:2755
Peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu tutulması təklif edilib.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Qanuna təklif edilən dəyişikliyə əsasən, sənədin 14.83-cü bəndində “ümumtəhsil” sözü “peşə təhsili və ümumi təhsil” sözləri ilə əvəz edilir. Dəyişikliklə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsili müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşaığdakı rüsumlar tutulacaq:

1. On beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda: 1 illik – 60 manat; 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) - 120 manat;

2. İyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda : 1 illik – 40 manat; 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) - 80 manat;

Sənəd müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti