“Veteranlar Prezidentin fəaliyyətini alqışlayır” - Polkovnik Xəlilov

“Veteranlar Prezidentin fəaliyyətini alqışlayır” -   Polkovnik Xəlilov
  20 Aprel 2020    Oxunub:3833
"Prezident İlham Əliyevin koronavirusa qarşı mübarizə sahəsində imzaladığı sərəncamları, sosial həmrəylik nümayiş etdirilməsi barədə dəyərli tövsiyələri və təşəbbüslərini veteranlar dəstəkləyir, dövlət başçısının çağırışına qoşulurlar".
Bunu Azvision.az -a Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik vurğulayıb ki, koronavirus təhlükəsinin bütün dünyada sürətlə artması Azərbaycanın da önləyici addımlar atmasını zəruri edib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Dövlət bu gün də əhalinin sağlamlığını qorumaq, koronavirusun yayılmasını önləmək üçün səylərini davam etdirir. Bu tövsiyələrə məsuliyyətlə yanaşaraq xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına inanırıq".

C.Xəlilov qeyd edib ki, dövlət başçısı pandemiya dövründə veteranlara, əlill olmuş şəxslərə də qayğı ilə yanaşır: "Veteranlar hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunublar. Bütün dünyanın üzləşdiyi pandemiya dövründə dövlət veteranları da unutmur. Veteranlar Prezidentin fəaliyyətini alqışlayır".

Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, dövlət vətəndaşların təhlükəsizliyi üçün bütün zəruri addımları atıb və bu istiqamətdə tədbirlər davam etdirilir: "Prezident İlham Əliyev əhalini koronavirus təhlükəsindən qorumaq məqsədilə ilk gündən çevik qərarlar qəbul etdi. Bununla əlaqədar ciddi qabaqlayıcı tədbirlər görüldü. Azərbaycan yalnız regionda deyil, bütün dünyada koronavirus təhlükəsinə adekvat reaksiya verən, zamanında qabaqlayıcı tədbirlər görən azsaylı dövlətlərdən biridir. Məhz buna görə də digər dünya dövlətləri ilə müqayisədə Azərbaycanda koronavirusun yayılma tempi azdır. Bununla belə, Azərbaycan bu gün də koronavirusun yayılmasının qarşısını almaq üçün səylərini davam etdirməkdədir. Əminik ki, dövlət başçısının koronavirusla mübarizə çərçivəsində atdığı qətiyyətli və humanist addımlar bu mübarizəyə töhfəsini verəcək və xalqımızın bu bəladan ən az itki ilə çıxmasını təmin edəcək".

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti