Ermənistanda narahatlıq yaradan məqalə - VİDEO

   Ermənistanda narahatlıq yaradan məqalə -    VİDEO
  21 Aprel 2020    Oxunub:4541
Avropanın nüfuzlu beyin mərkəzlərindən olan Avropa Xarici Əlaqələr Şurasının internet səhifəsində italyan və ingilis dillərində Azərbaycan və İtaliya münaisbətlərinə dair məqalə dərc olunub. İtaliya Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun tədqiqatçı Karlo Frappinin müəllifi olduğu məqalədə iki ay əvvəl İtaliya ilə Azərbaycan arasında imzalanan strateji tərəfdaşlığa dair Birgə Bəyannamədən söz açılır.
“Müttəfiqliyə yaxın əlaqələr: İtaliyanın Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə yeni yanaşması” adlı məqalədə Rəsmi Romanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəti mövqeyi bir daha vurğulanır.

Roma və Bakı arasındakı ikitərəfli münasibətlərdə “keyfiyyət sıçrayışı” olduğu qeyd edilir və Prezident İlham Əliyevin İtaliyaya bu ilin fevral ayındakı dövlət səfəri əsas gətirilir.



Maraqldır ki, məqalə Ermənistanda narahatlıqla qarşılanıb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin üzvü Esmira Cəfərova ATV-yə deyib ki, Rəsmi Romanın ərazi bütövlüyümüzə bağlı qəti mövqeyi Ermənistanın növbəti məğlubiyyətidir.

Politoloq Fikrət Sadıqov əlavə edib ki, TAP layihəsindən sonra Azərbaycan İtaliya münasibətləri ən yüksək səviyyəyə qalxacaq.

Xatırladaq ki, bu ilin fevralında prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanan Bəyannamədə İtaliya və Azərbaycanın bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşdığı və bunu dəstəklədiyi vurğulanıb, Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş sənədlər əsasında həllinə dəstək ifadə olunub.

Azvision.az


Teqlər: İtaliya   Azərbaycan  





Xəbər lenti