Bəzi insanlarda koronavirus 2-3 günə aşkarlanır

  09 May 2020    Oxunub : 3096
Bəzi insanlarda koronavirus 2-3 günə aşkarlanır
Elm adamları tərəfindən fikir var idi ki, təmas olduqca virus tədricən mutasiya olunar və itə bilər. Lakin virus itməyib və nə qədər təmas olarsa, yoluxma artır.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, xəstəliyin inkubasiya dövrü 14 günə qədərdir: “Virus infeksiyası ilə insan orqanizminin mübarizəsi fərdi qayda təşkil edir. Bəzi şəxslərdə virus 2-3 günə, bəzi şəxslərdə 14-cü gündə aşkar oluna bilər”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Covid-19