50 gündən sonra ilk dəfə küçəyə çıxdılar - FOTOLAR

50 gündən sonra ilk dəfə küçəyə çıxdılar -  FOTOLAR
  10 May 2020    Oxunub:6673
Türkiyədə yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmasına icazə verilib.
Azvision.az xəbər verir ki, qonşu ölkədə 50 gündən sonra ilk dəfə yaşlı insanlar 4 saatlıq küçəyə çıxa biliblər. Onlara tibbi maska taxmaq və sosial məsafəni gözləmək tövsiyə olunub.

Qeyd edək ki, Türkiyədə mart ayından etibarən yaşı 65-dən yuxarı olan vətəndaşlar, həmçinin xroniki xəstələrə küçəyə çıxmaq, parklarda, bağlarda və digər açıq məkanlarda gəzmək qadağa olunmuşdu.

















Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti