Tramp "Pulitzer" mükafatının qaytarılmasını tələb edir

  10 May 2020    Oxunub : 3035
Tramp "Pulitzer" mükafatının qaytarılmasını tələb edir
ABŞ Prezidenti Donald Tramp "New-York Times" qəzetinin müxbirlərini Rusiya haqqında yazılmış məqalələrə görə aldıqları "Pulitzer" mükafatlarını geri qaytarmağa çağırıb. Onun fikrincə, mükafatlar əsl jurnalistlərə verilməlidir.
Azvision.az xəbər verir ki, bu barədə Tramp "Twitter"də yazıb.

"Rusiyaya görə haqsız "Pulitzer" mükafatları almış saxta jurnalistlər nə zaman ləkələnmiş mükafatlarını vəziyyəti başa düşən real jurnalistlərə təhvil verəcəklər? Mən sizə adlar verəcəyəm, belələri çoxdur".

Qeyd edək ki, "Pulitzer" mükafatının Təşkilat komitəsi Putin rejiminin törətdiyi "yırtıcı hərəkətlər haqqında böyük risk altında yazılmış maraqlı əhvalatlar silsiləsi"nə görə "New-York Times" nəşrinə "Beynəlxalq jurnalistika" kateqoriyasında mükafat təqdim edib. Tramp isə mükafatın həqiqətə uyğun olmayanların yazıldığı üçün verildiyini hesab edir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Tramp   ABŞ