BMT Azərbaycandan yardım istədi

  13 May 2020    Oxunub : 3672
 BMT Azərbaycandan yardım istədi
Azərbaycan tərəfindən Serbiya Respublikasına humanitar yardım edilməsi nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmçinin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi tərəfindən ölkəmizə müraciət daxil olub və hazırda müraciət qiymətləndirilir.

"Yardımın maliyyə formasında verilməsi nəzərdə tutulur. Bundan əvvəlki dövrdə də agentliyə maliyyə yardımları həyata keçirilib".

Aytən Zəhra
Azvision.az

Teqlər: BMT   Yardım