Türkiyədə koronavirusdan daha 58 nəfər öldü

   Türkiyədə koronavirusdan daha 58 nəfər öldü
  14 May 2020    Oxunub:4806
Türkiyədə son sutka ərzində 58 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 1639 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 3952, yoluxanlar isə 143 min 114 nəfərə çatıb.

Türkiyədə indiyədək 101 min 715 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti