TƏBİB: Bu gün 5745 nəfər koronavirus testi verib

    TƏBİB:  Bu gün 5745 nəfər koronavirus testi verib
  15 May 2020    Oxunub:4574
Azərbaycanda koronavirusla bağlı 14 may 2020-ci il tarixinə olan göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 5745 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 214 min 291-ə çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 34, süni tənəffüs cihazında olan xəstə sayı 11-dir.

Qeyd edək ki, Azərbaycanda indiyədək 2879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1833 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az



Teqlər: TƏBİB   Koronavirus   Statistika  





Xəbər lenti