ABŞ yenidən ÜST-ə pul verə bilər - Trampın Çin şərti

  16 May 2020    Oxunub : 3756
ABŞ yenidən ÜST-ə pul verə bilər - Trampın Çin şərti
Donald Tramp Administrasiyası Ümumdünya Səhiyyə Təşkilatını maliyyələşdirməyə davam edə bilər. Lakin bu, Çinin ödəyəcəyi məbləğ qədər olacaq.
Azvision.az xarici mətbuata KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesusa məktub ünvanlanıb.

Məktubda bildirilir ki, ABŞ ÜST-in işində müəyyən çatışmazlıqları görür, lakin təşkilatın böyük potensiala sahib olduğuna inanır.

"Əgər Çin ÜST üçün maliyyəni artırarsa, o zaman biz də bunu nəzərdən keçirərik", - deyə məktubda vurğulanıb.

Qeyd edək ki, aprel ayında ABŞ Prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımı ayrılmasını dayandırdıqlarını açıqlayıb. Onun fikrincə, ÜST məlumatları vaxtında verməyib və həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmayıb.

Azvision.az

Teqlər: ABŞ   ÜST   Maliyyə