Dövlət Agentliyi: “Turizm sahəsində qiymətlər aşağı olmalıdır”

  16 May 2020    Oxunub : 3211
 Dövlət Agentliyi: “Turizm sahəsində qiymətlər aşağı olmalıdır”
Turizm sahəsində qiymətlər aşağı olmalıdır. Çünki koronavirus pandemiyası səbəbindən dünya əhalisinin gəlirləri azalıb.
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə “REAL TV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, pandemiya insanların ailə büdcələrinə, iqtisadiyyata zərbə vurub: “Pandemiyanın yaratdığı böhrandan sonra yüksək qiymətlə heç bir xidmət satıla bilməz. Qiymətlər tələb-təklif əsasında formalaşacaq. Dövlət qurumu olaraq biz qiymətlərə müdaxilə edə bilmərik. Yalnız tövsiyə edə bilirik. Əslində istirahət və səfər insanın gündəlik tələbatı deyil. Turizm biznesdir. Xidməti satan da, alan da öz mənafelərini qoruyur. Hərə öz büdcəsinə uyğun olaraq bunu etməlidir”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Turizm   Koronavirus