Ukraynadan qayıdan 29 nəfərdə koronavirus aşkarlandı

  16 May 2020    Oxunub : 3742
 Ukraynadan qayıdan 29 nəfərdə koronavirus aşkarlandı
“Bu ilin 14 may tarixində AZAL-ın Kiyev-Bakı çarter reysi ilə 197 Azərbaycan vətəndaşı ölkəyə geri qayıdıb. Geri qayıdan vətəndaşların hamısı müvafiq müayinədən keçirilib və karantin rejiminə alınıb”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, Ukraynadan qayıdan 29 nəfərdə koronavirusa yoluxma aşkarlanıb: "Müayinə nəticəsində geri qayıdan vətəndaşlarımızdan 29 nəfərdə COVID-19 testi müsbət nəticələnib. Hazırda həmin vətəndaşlarla əlaqədar zəruri tibbi müdaxilə edilir və təbii ki, onların təmaslarının da karantin rejimində nəzarəti və müayinəsi həyata keçirilir".

Azvision.az

Teqlər: XİN   Koronavirus