Parlamentdə bir neçə sənəd müzakirə ediləcək

  20 May 2020    Oxunub : 2317
Parlamentdə bir neçə sənəd müzakirə ediləcək
Mayın 20-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası olacaq.
Milli Məclisdən Azvision.az -a verilən məlumata görə, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə məsələlərə baxılacaq.

Gündəlikdəki bu dörd qanun layihəsinə dair deputatların rəy və təklifləri dinləniləcək. Sonra komitə üzvləri cari məsələlərlə əlaqədar fikir mübadiləsi aparacaqlar.

Azvision.az

Teqlər: Milli-Məclis   Sənəd