“Tibb işçiləri arasında koronavirusa inanmayanlar var” - Komitə sədri

  31 May 2020    Oxunub : 2450
 “Tibb işçiləri arasında koronavirusa inanmayanlar var” -    Komitə sədri
“TƏBİB-lə çox sıx təmasda çalışırıq, iki dinləmə keçirmişik. TƏBİB hər gün 5000 min test həyata keçirir”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov İnzibati Xətalar Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, bu gün qəbul edilən qərar yoluxmaların sayının azalmasına çox ciddi kömək edəcək.

“Koronavirusla mübarizədə ən təhlükəli meyl xəstəliyin olmasına inanmamaqdır. Həmkarım Razi Nurullayevin fikri ilə bu baxımdan razıyam. Bu gün tibb işçiləri arasında da virusa inanmayanlar var. Bu çox təhlükəli fikirdir. Burada təkcə maskadan söhbət getmir. Biz maska taxsaq, yoluxmanın faizini xeyli aşağı salmış olarıq. Sosial məsafə məsələsi də çox ciddi məsələdir. Buna ciddi şəkildə əməl etməliyik”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis