Narkotik satan keçmiş məhkumlar tutuldu

  01 İyun 2020    Oxunub : 2001
Narkotik satan keçmiş məhkumlar tutuldu
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - T.Məmmədov və B.Nurullayev Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilb ki, axtarış zamanı T.Məmmədovdan heroin və metamfetamin, B.Nurullayevdən isə heroin aşkar edilərək götürülüb.

Onlara narkotik vasitəni satmaqda şübhəli bilinən Digah kənd sakini, əvvəllər məhkum olunmuş İ.Kərimov da davam etdirilən tədbirlərlə müəyyənləşdirilərək saxlanılıb. Üzərinə baxış zamanı ondan 6 qramdan artıq heroin və metamfetamin, evindən isə 605 qram tiryək və 50 qrama yaxın metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: DİN   Narkotik