Hacıqabulda narkotik alverçisi saxlanılıb

Hacıqabulda narkotik alverçisi saxlanılıb
  13 İyun 2020    Oxunub:3396
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildirilib ki, əldə edilmiş məlumat əsasında Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən Şirvan şəhər sakini Səbuhi Zülfiqarov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd şəffaf polietilen bökümdə metamfetamin aşkar edilərək götürülüb.

Eyni zamanda S. Zülfiqarovun narkotiki 110 manat müqabilində Şirvan şəhər sakini Əliyusif Səfərovdan aldığı müəyyən edilib. Davam etdirilən tədbirlərlə Ə. Səfərov da saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun yaşadığı mənzilə baxış keçirilən zaman 12 qramdan artıq metamfetamin, 19 qramdan artıq tiryək, aqrotexniki qaydada qulluq edilmiş 22 ədəd çətənə bitkisi, həmçinin qurudulmuş marixuana, çətənə bitkisinin toxumları və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Hacıqabul  





Xəbər lenti