İki günlük sərt karantin rejimi başa çatdı

  16 İyun 2020    Oxunub : 2084
  İki günlük sərt karantin rejimi başa çatdı
Azərbaycanın 9 şəhər və rayonunda tətbiq edilən sərt karantin rejimi başa çatıb.
Azvision.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyunun 14-də saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, KürdəmirSalyan rayonlarında bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. İnsanların yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan olunub.

Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən karantin rejiminin tələblərinə əməl olunmasına ciddi nəzarət edilib. Sərtləşdirilmiş xüsusi karantin rejimini pozanlar inzibati məsuliyyətə cəlb olunublar.

Qeyd edək ki, Azərbaycanda koronavirus təhlükəsinə qarşı görülən bu və digər qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığına, ölkəmizin COVID-19 epidemiyasından mümkün qədər az itkilərlə çıxmasına yönəlib.

Azvision.az

Teqlər: Karantin   Rejim