Naxçıvanda 190 manat alanların sayı açıqlandı

Naxçıvanda 190 manat alanların sayı açıqlandı
  17 İyun 2020    Oxunub:2507
Naxçıvan Muxtar Respublikasında pandemiyanın mənfi təsirinin aradan qaldırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi işsiz kimi qeydiyyata alınan vətəndaşlara hər aya 190 manat vəsait olmaqla, 2 ay üçün 380 manat vəsaitin ödənilməsini həyata keçirib.
Azvision.az xəbər verir ki, bu günə qədər 8677 nəfərə 3 milyon 297 min manat birdəfəlik vəsait ödənilib.

Pandemiyanın muxtar respublika iqtisadiyyatına mənfi təsirinin aradan qaldırılması məqsədilə muxtar respublikada vergiödəyicisi kimi qeydiyyatda olan sahibkarlıq subyektlərində çalışan işçilərin əməkhaqlarının ödənilməsi və fərdi sahibkarlara birdəfəlik maliyyə yardımının verilməsi üçün vəsait ayrılıb. Belə ki, 293 sahibkarlıq subyektində çalışan 3266 muzdlu işçinin əməkhaqqının ödənilməsi üçün ümumilikdə 1 milyon 257 min manat məbləğində vəsait köçürülüb, 3913 fərdi sahibkarlara ,ümumilikdə, 1 milyon 740 min manat məbləğində birdəfəlik maliyyə yardımı göstərilib.

Ümumilikdə, qeyd edilən sahələr üzrə muxtar respublikada fəaliyyət göstərən sahibkarlara bu günə qədər edilən maliyyə yardımının məbləği 2 milyon 997 min manat olub. Vəsaitlərin ayrılması davam etdirilir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti